Türkiyənin PTT 1-ci liqasında XXXI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" səfərdə "Bucaspor"la qarşılaşıb.
Matç 1:1 hesabı ilə başa çatıb. Subaşiç görüşün 55-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Manisaspor" hazırda 30 xalla 15-ci pillədə qərarlaşıb.
Fanat.az