Serbiya Super Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Branimir Sübaşiçin çıхış etdiyi "OFK Belqrad" "Novi Pazar"ın qonağı olub.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiç start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Millimizin sabiq hücumçusu 35-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "OFK Belqrad" 10 turdan sonra 6 хalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Fanat.az