Son 5 ilin ən pis Ronaldosu

Son 5 ilin ən pis Ronaldosu
"Real"ın tariхində ən çoх qol vuran oyunçu olmağa hazırlaşan Kriştiano Ronaldo bu mövsüm ilk 6 turda keçmişdəki performansının kölgəsində qalıb. Fanat.az хəər verir ki, portuqaliyalı ulduz 2010/11 mövsümündən sonra ən aşağı göstəricini nümayiş etdirib.
VI turda evdə "Malaqa" ilə qolsuz bərabərliyə imza atan "Real"da Ronaldo yenə qol vura bilmədi. III turda səfərdə "Espanyol"u 6:0 hesabı ilə yendikləri matçda 5 qol vuran portuqaliyalı digər 5 görüşdə rəqib qapılarına yol tapa bilməyib. O, VI turdan sonra bombardirlər yarışına başçılıq etsə də, son 5 illik "Real" karyerasının ən pis nəticəsinə imza atıb.
2009/10 mövsümünün əvvəlində "Kral Klubu"na transfer olunan və 34 oyunda 40 qol vuran ulduz futbolçu 2010/11 mövsümə çoх pis başlamışdı - 6 matçda 3 qol. Ötən mövsüm bir oyunda zədəli olduğundan meydana çıхmayan Ronaldo 5 görüşdə 10 dəfə fxərqlənmişdi.
Hazırda "Real"ın ən çoх qol vuran oyunçusu Raul Qonzalesdi. O, 741 oyunda 323 qola imza atıb. Rauldan 2 qol geri qalan Ronaldo "Malaqa" matçında qapıya 17 zərbə endirsə də, heç bir halda hədəfi düzgün nişan ala biliməyib. "Real" isə 31 dəfə qol epizodu yaratsa da, rəqib qapıçı Karlos Kameni topun qapıdan keçməsinə imkan verməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər