Topaz Premyer Liqasının VI turunda baş tutan "Sumqayıt" - AZAL oyunu meydan sahiblərinin üzvü Slavik Alxasov üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, 1993-cü il təvəllüdlü müdafiəçi "Sumqayıt"ın heyətində Premyer Liqada 100-cü oyununa çıxıb.
Bununla əlaqədar olaraq qarşılaşmadan əvvəl futbol veteranı Telman Salahov Slavikə üzərində 100 yazılı futbol geyimini hədiyyə edib.

Qeyd edək ki, Alхasov 2011/12 mövsümündə "Sumqayıt"da çıхış edir. 22 yaşlı müdafiəçi 2011/12 mövsümündə Premyer Liqada 20, 2012/13-də 29, 2013/14-də 14, 2014/15-də 31 (2 qol), cari mövsümdə isə 6 oyun keçirib. Slavik 2013/14 mövsümünün ikinci yarısında "Xəzər Lənkəran"ın formasını geyinib (10 oyun). O, Azərbaycan Kubokunda da "Sumqayıt"ın heyətində 4 oyuna çıxıb (1 qol).
Fanat.az