"Xəzər Lənkəran"ın rumıniyalı mərkəz müdafiəçisi Manuel Skarlatake "Neftçi" ilə 1:1 hesabı ilə başa çatmış oyundan sonra jurnalistlərə müsahibə verib. Fanat.az xəbər verir ki, 28 yaşlı futbolçu 56-cı dəqiqədə meydandan qovulmasına görə azərbaycanlı komanda yoldaşlarından üzr istəyib:
"Bu matçdan 1 xal götürdüyümüz üçün şadam. Çünki 10 nəfərlə bunu etdik. "Neftçi" də yaxşı oynayırdı. Üstəlik, meydançanın durumu çox pis idi. Bu üzdən Bakını yenilgi ilə tərk etmədiyimizə görə sevinirəm. Hamı bilir ki, bizim üçün bu oyundan götürəcəyimiz 1 xal nə demək idi. Qırmızı vərəqə alıb komandamı pis vəziyyətdə qoyduğum üçün uşaqlardan üzr istəyirəm. Bununla belə düşünürəm ki, baş hakim mənə 2-ci sarı vərəqəni çox asanlıqla verdi. Düzdür, qaydanı pozmuşdum. Ancaq belə epizoda vərəqə düşmür. Bilmirəm ki, biz 10 nəfərlə qalsaydıq, qələbə qazanacaqdıq, ya yox. Ancaq ən azından qapımızı toxunulmaz saxlaya biləcəkdik. Əminliklə deyə bilmərəm ki, biz bu oyunla "Neftçi"dən daha güclüyük. Amma nəticəyə baxdığımızda, bizim daha gənc komanda olduğumuzu nəzərə aldıqda, "Xəzər Lənkəran"ın "Neftçi"dən daha güclü olduğu görünür".
Fanat.az