Rusiya Premyer Liqasında IX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, "Mordoviya" və ÇSKA arasında baş tutan oyun dramatikliyi ilə fərqlənib.
İlk yarıda Yevgeni Lutsenko, Vladimir Rikov və Ruslan Muhametşinin qollarına sevinən "Mordoviya" 3:0 hesablı üstünlük əldə edib. Moskva kulbu 12-ci dəqiqədə Mario Fernandes meydandan qovulduqdan sonra azlıqda oynamayağa məcbur olub.
İkinci yarıda özünə gələn ÇSKA 50-ci dəqiqədə Kirill Pançenkonun qolu ilə fərqi azaldıb. 5 dəqiqə sonra Yannik Calo qırmızı vərəqə aldıqdan sonra "Mordoviya" da meydanda azlıqda qalıb. Bundan sonra Zoran Toşiç və Seydu Dumbia fərqlənərək bərabərliyi təmin edib. 68-ci dəqiqədə Yevgeni Lutsenko meydan sahiblərini yenidən hesabda önə keçirsə də, Əhməd Musanın iki, Seydu Dumbianın bir qoluna sevinən ÇSKA 6:4 hesablı qələbə qazanıb.
Mordoviya - ÇSKA 4:6
Qollar: Yevgeni Lutsenko, 1; 68. Vladimir Rikov, 13. Ruslan Muhametşin, 13 - Kirill Pançenko, 50. Zoran Toşiç, 58. Seydu Dumbia, 59; 88. Əhməd Musa, 80; 85.
Qırmızı vərəqələr: Yannik Calo, 55 - Mario Fernandes, 12.
Fanat.az