Samir Abbasov: "2-ci hissədə problemlər ortaya çıxdı"

Samir Abbasov: "2-ci hissədə problemlər ortaya çıxdı"

Samir Abbasov "Xəzər Lənkəran"la oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi bunları deyib:

“Sumqayıt” bu meydançaya, hava şəraitinə alışmayıb. Belə bir vəziyyətdə əzmkar, döyüşkən “Xəzər Lənkəran”a qarşı çətin oyun alınacağını dərk edirdik. Futbolçulardan xahiş etmişdim ki, rahat və sərbəst oynasınlar. İlk hissədə bu istəyimiz alındı. İkinci hissədə isə belə oynamadıq, problemlər ortaya çıxdı. Həmin problemləri aradan qaldırmağa çalışacağıq. İndiki vəziyyətdə isə futbolçuları oyunlarına görə yox, vuruşduqlarına görə təbrik edirəm. Etiraf edirəm ki, ikinci hissə “Xəzər Lənkəran”ın üstünlüyü şəraitində keçdi. Hətta məğlub da ola bilərdik. Bütün bunları müzakirə edəcəyik”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər