Samir Abbasov "İnter"lə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi bunları deyib:
"Oyunun çətin keçəcəyini bilirdik. Sözün açığı, “İnter” barədə düşünməmişdik, sadəcə, öz durumumuzu müzakirə edirdik. 10 gündü ki, komanda ilə birgəyəm. Düşünürəm ki, bu komanda ilə istəyimizə çatacağıq. Əsas məqsədimiz yaxşı oyun, yaxşı nəticədi. Çalışacağam ki, sürətli futbol sərgiləyək. Bu gün bir komanda kimi mübarizə apardıq. Həm oynayan, həm də ehtiyatda oturan futbolçulara təşəkkür edirəm”.
Fanat.az