Azərbaycan futboluna ağır itki üz verib. Fanat.az хəbər verir ki, "Turan"ın keçmiş futbolçusu və baş məşqçisi Sakit Alıyev vəfat edib.
Sakit Alıyev 2011-ci ilin mayında komandasına məşq keçdiyi zaman insult keçirərək məşqçi karyerasına son qoymuşdu. Həmin vaхtdan veteran futbolçunun səhətində ciddi problemlər var idi və müalicə olunurdu. 49 yaşlı Alıyev artıq 4 il idi ağır xəstəliklə mübarizə aparırdı.
Qeyd edək ki, Sakit Alıyev "Turan"ın heyətində ölkə çempionu, iki dəfə çempionatın bürünc mükafatçısı olub, bu komandanın formasıyla ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edib.
Fanat.az-ın kollektivi Sakit Alıyevin ailəsinə və futbol ictimaiyyətinə dərin hüzünlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyir.