Milli komandamız sabah AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyanı qəbul edəcək. Fanat.az хəbər verir ki, oyundan əvvəl keçirilən mətbuat konfransında iştirak edən millimizin üzvü Ruslan Abışov fikirlərini bildirib:
"Sabah bizi çətin oyun gözləyir. Yeni stadionda ilk oyunumuzu keçirəcəyik. Rəqib barədə çox danışmaq istəmirəm. Əsas bizim necə oynamağımızdı. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, uğur qazana bilərik.
Start heyətdə yer almamağıma gəlincə, mən peşəkar futbolçuyam və buna normal yanaşıram. Başa düşürəm ki, indi əsas heyətdə meydana çıxmağa daha çox layiq olanlar oynamalıdı. Əsas heyətdə yer almaq üçün yaxşı formada olmaq lazımdı. Mənə şans versələr, komandamıza kömək etməyə çalışacağam.
Komanda yoldaşlarıma inanıram. Rəqibin heyətində hamısı yaxşı oyunçulardı. Hücum xəttinə baxanda yaxşı futbolçuları var. Ad çəkmək istəməzdim. Bizi sabah çətin oyun gözləyir. Hər şeyə hazır olmalıyıq".
Fanat.az