Rus qapıçıdan fantastik qol - VİDEO

Rus qapıçıdan fantastik qol - VİDEO

Kirov "Dinamo"sunun qapıçısı Boris Şoqenov Rusiya Peşəkar Futbol Liqasının (PFL) oyununda İjevsk "Zenit"inə qol vurub. Fanat.az xəbər verir ki, görüş oktyabrın 3-də İjevskidə baş tutub.

 

Şoqenov matçın 14-cü dəqiqəsində fərqlənərək hesabı açıb. Onun öz qapısından vurduğu zərbədən sonra top rəqib meydançasında yerə dəyərək qolkiper Sergey Voroninin başı üzərindən çərçivəyə daxil olub. Oyun 3:2 hesabı ilə "Zenit"in xeyrinə başa çatıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər