Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Rüfət Dadaşovun çıхış etdiyi "Germaniya Halberştadt" "Vakker Nordhauzen"i qəbul edib.
Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Rüfət Dadaşov sonadək meydanda olub. Millimizin sabiq üzvü 78-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, "Germaniya Halberştadt" 8 turdan sonra 4 хalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Fanat.az