Rəşad Eyyubovun yeni klubu rəsmən müəyyənləşdi - FOTO

Rəşad Eyyubovun yeni klubu rəsmən müəyyənləşdi - FOTO

"Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, Gəncə klubu “Xəzər Lənkəran”dan Rəşad Eyyubovu heyətinə qatıb. 23 yaşlı hücumçu ilə bir illik müqavilə bağlanılıb.

Eyyubov artıq iki gündü ki, “sarı-göylər”in düşərgəsindədi və komandanın məşqlərində iştirak edir. 

Odessa futbol məktəbinin yetirməsi olan futbolçu ölkəmizə 2011-ci ildə təşrif buyurub. Onun Azərbaycanda ilk klubu “Simurq” olub. Rəşad müxtəlif yaş qrupları üzrə yığma komandaların da formasını geyinib. Gənc hücumçu ötən mövsüm göstərdiyi oyunla əsas millinin baş məşqçisi Robert Prosineçkinin də diqqətini cəlb edərək yığmaya dəvət alıb.

Rəşad Eyyubovun yeni klubu rəsmən müəyyənləşdi - FOTO

Qeyd edək ki, Dieqo yayda "Xəzər Lənkəran"la müqavilə imzalamışdı. Lənkəran klubu FIFA-nın avqustun 31-dən sonra transfer qadağasını ləbv edəcəyini gözləsə də, bu baş vermədi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər