Rauf Əliyevin yeni klubu bəlli oldu - RƏSMİ

Rauf Əliyevin yeni klubu bəlli oldu - RƏSMİ

“Neftçi”dən ayrılan Rauf Əliyevin yeni klubu bəlli olub. Millimizin üzvü karyerasını Bakı “İnter”ində davam etdirəcək.

Klubun mətbuat xidmətindən qol.az-a verilən məlumata görə, bu gün futbolçu ilə altı aylıq müqavilə imzalanıb.

Qeyd edək ki, "Neftçi"yə qış transfer pəncərəsi dönəmində keçən 26 yaşlı hücumçu mövsümün sonunda komandadan göndərilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər