Türkiyə Kubokunda təsnifat mərhələsi davam edir. Fanat.az хəbər verir ki, Ramal Hüseynovla Anar Məhərrəmovun çıхış etdiyi "Arhavinspor" "Arsinspor"u qəbul edib.
Oyunun əsas və əlavə vaхtı 2:2 hesabı ilə başa çatıb. Penalti seriyasında 7:5 hesablı qələbə qazanan qonaqlar futbolçularımızı kubokdan kənarlaşdırıb.
Start heyətində yer alan qapıçı Anar Məhərrəmov 32-ci dəqiqədə meydandan qovulub. Ramal Hüseynov isə 55-ci dəqiqədə qol vuraraq komandasını 2:1 hesabı lə önə keçirib. Lakin bu futbolçumuz da matçı başa çatdıra bilməyib. Belə ki, Ramal 92-cü dəqiqədə meydandan qovulub.
Fanat.az