Pep Qvardiola gələn mövsüm "Mançester Siti"ni çalışdıra bilər. Fanat.az хəbər verir ki, bu iddia ilə İspaniyanın "El Mundo Deportivo" qəzeti çıхış edib.
İddiaya görə, bu işdə əsas rolu 2003-2010-cu illərdə "Barselona"nın futbol direktoru olmuş Txiki Beqiristayn oynayır. Hazırda "Mançester Siti"də eyni vəzifəni tutan Beqiristayn Qvardiolanı razı salmağa çalışır. Artıq "Bavariya"nın baş məşqçisi gələn mövsüm "Mançester Siti"yə keçməklə bağlı söz verdiyi deyilir.
Qeyd edək ki, artıq Almaniya mətbuatı Qvardiolanın mövsümün sonunda "Bavariya" ilə başa çatacaq müqaviləsini yeniləməyəcəyini yazır. İngiltərə mediası isə Manuel Pellegrininin yayda "Mançester Siti"dən ayrılacağını yazıb.
Fanat.az