Qurban Qurbanovdan məğlubiyyət şərhi

Qurban Qurbanovdan məğlubiyyət şərhi

“Məğlub olmaq istəməzdik. Rəqib həqiqətən də yaxşı komandadı. Ancaq öz futbolçularımız da səhvlər elədi”. Fanat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Tottenhem”in qonağı olan ağdamlıların baş məşqçisi 1:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb: “İlk oyun idi, istər-istəməz futolçularda həyəcan var idi. Hesabın 2:1 və ya 3:1 olması əhəmiyyət kəsb etmirdi. Bəlkə də müəyyən boşluqlar oldu deyə belə səhvlər alındı. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edə biləcəyik”.//Apasport.az 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər