Qurban Qurbanov: "Məni belə görməyə alışmamısınız?"

Qurban Qurbanov: "Məni belə görməyə alışmamısınız?"
Qurban Qurbanov "Qəbələ" ilə oyunla bağlı (1:1) fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi hakimlərə etiraz etməsi ilə bağlı danışıb: 
"Maraqlı oyun oldu. Qalib gəlmək istəyirdik. Lakin yaxşı komandaya qarşı oynayıb, bir xal qazandıq. Son vaxtların ən ideal komandasına qarşı oynayırdıq. Səhvlərimiz çox oldu. Son dəqiqələrdə qol buraxdıq. Futbolun gözəlliyi də budu. Hakimlərin gərgin oyunda buraxdığı bir-iki səhv bir qədər müzakirə olundu. Məni hakimlərə etiraz edəndə görmək sizin üçün maraqlı oldu. Məni belə görməyə alışmamısınız? Düşünürəm ki, bu oyunu unudub, qarşıdakı ağır oyunlara hazırlaşmalıyıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər