"Özünə kişi deyən adam söyüş söyməz"

"Özünə kişi deyən adam söyüş söyməz"

"Bakı" ilə oyunda ilk hissədə yaxşı oynamadıq. İkinci yarıda isə normal çıxış etdik. Sadəcə bəxtimiz gətirmədi”. Fanat.az xəbər verir ki, bu sözləri qafqazinfo.az-a açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Kamran Abdullazadə deyib. 

O, Topaz Premyer Liqasının XXXII turunda “Bakı” 1:2 hesabı ilə uduzduqları oyundan danışıb: “Bu oyunda komandada nə isə çatmadı. Birinci yarıda özümüzü lazımı səviyyədə göstərə bilmədik. Amma sonradan oyunumuzu düzəltdik və ikinci hissəni yaxşı oynadıq. Məşqçi fasilədə tapşırıqlar verdi və toparlandıq. Sadəcə hesabda tarazlıq yarada bilmədik”.

Abdullazadə həmin matçda azarkeşlərlə aralarında olan mübahisə haqqında isə bunları deyib: “Epizodların birində azarkeşlərdən kimsə mənim ünvanıma söyüş söydü. Mən ona tərəf döndüm, amma bir söz demədim. O yenidən eyi söyüşü təkrarlayanda əlimlə işarə etdim ki, sus. Çünki, fikrimcə, həyatda aciz insanlar söyüş söyür. Həm də özünə kişi deyən insan söyüşə yol verməməlidir. Mən meydanda pis oyun göstərə bilərəm. Azarkeş də buna etiraz edə bilər. Amma şəxsiyyətə xələl gətirən nəsə demək düzgün deyil”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər