“Bu gün yaxşı oynadıq. Oyuna biz nəzarət edirdik. Bu oyunda bizi dəstəkləyən azsaylı azarkeşlərimizə təşəkkür edirəm”. Fanat.a xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev deyib.
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan üzərində qələbədən sonra (2:0) bolqar mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Tsiklin sonunda özünüzü necə hiss edirsiz?
- Pley-offa vəsiqə qazanmaq istəyirdik. Buna görə də özümü heç də yaxşı hiss etmirəm.
- Anti-rekorda imza atdız...
- Artıq neçənci dəfədi ki, Bolqarıstan millisi final mərhələələrindən kənarda qalır. Bu, azarkeşlərə də təsir edir. Hər şeyə rəğmən milliyə dəstək olan hər kəsə təşəkkür edirəm.
- Bu komandada potensial görürsüzmü?
-Bu komandada çox böyük potensial var. Əsas olan odu ki, hazırda heyətdə olan gənclər klublarında əsas heyətdə oynasınlar. Oyun təcrübəsi hər şeydən vacibdi.
- Seçmə mərhələnin son iki oyunu üçün bir çox yeni oyunçulara dəvət göndərdiz. Ancaq onlara şans vermədiz...
- Mən inandığım oyunçuları çağırmışdım. Ancaq bu gün elə alındı ki, onlara şans verə bilmədim.
- Federasiya ilə danışıqlar nə yerdə qaldı?
- Federasiya ilə hələ də komandada qalıb-qalmayacağımla bağlı heç nə danışmamışıq.(Apasport.az)
Fanat.az