"Traktorsazi" ərəblərə uduzdu

"Traktorsazi" ərəblərə uduzdu
Asiya Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Fanat.az хəbər verir ki, "Traktorsazi" son turda Dubayın "Əl Əhli" klubunun qonağı olub.
Oyun ərəblərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 21-ci dəqiqədə "Traktorsazi"dən Mehrdad Bayrami açsa da, "Əl Əhli" 58-ci dəqiqədə bərabərliyi təmin edib. 8 dəqiqə sonra Saman Nəriman Sahan Təbriz klubunu yenidən hesabda önə keçirib. Lakin ərəblər iki qol vuraraq qələbə qazanıb.
Qeyd edək ki, 6 turda 4 хal qazanan "Traktorsazi" qrupu son pillədə bitirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər