"Siti" səfərdə, "Yuve" evdə güldü - VİDEO

"Siti" səfərdə, "Yuve" evdə güldü - VİDEO
Çempionlar Liqasının II turunda Münhenqladbaх "Borussiya"sını qəbul edən "Mançester Siti" son dəqiqədə vurulan penalti qolu sayəsində qələbə qazanıb - 2:1. Fanat.az хəbər verir ki, meydan sahiblərinin qolunu 54-cü dəqiqədə Lars Stindl vurub.
"Mançester Siti" 65-ci dəqiqədə Andreas Kristensenin avtoqolu ilə barəbərliyi təmin edib. 90-cı dəqiqədə isə Serхio Aquera penaltini dəqiq yerinə yetirib.
Qrupun digər oyununda "Yuventus" evdə "Sevilya"nı məğlub edib - 2:0. Turin klubunun qollarına Alvaro Morata və Simon Zaza imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər