"Simurq" başladı

"Simurq" başladı

Topaz Premyer Liqasının IV turunda "Şəfa" stadionunda "Bakı"ya məğlub olan "Simurq" bu görüşü unudaraq, növbəti oyunun hazırlıqlarına start verib. Fanat.az xəbər verir ki, Zaqatala təmsilçisi ir günlük istirahətdən sonra "Bayıl Arena"da ilk məşqinə çıxıb. 

İki saata yaxın davam edən hazırlıq prosesində baş məşqçi Georgi Çixradze yetirmələrini iki qrupa bölüb. Paytaxt təmsilçisi ilə görüşdə forma geyinmiş futbolçular komandadan ayrı çalışıb. Onlar yüngül məsafəli qaçış və isinmə hərəkətlərindən sonra məşqi tamamlayıb. Digər qrup isə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında tapşırıqları yerinə yetirdikdən sonra, məşqin taktiki təmrinlərdən ibarət hissəsinə keçiblər. Çixradzenin nəzarəti altında künçlərdən asmalar və onların qapanması yerinə yetirilib. Sonda isə kiçik qapılarda ikitərəfli oyunla hazırlıq tamamlanıb. 

Qeyd edək ki, Zaqatala şəhər stadionunun yenidənqurma işlərinin hələdə tamamlanmadığından komandamız oyunlara hazırlığı Bakıda keçirir.  "Simurq" yeni ayın ilk günündə Topaz Premyer Liqasının V turu çərçivəsində "Şəfa" stadionunda "İnter"in qonağı olacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər