"Şəmkir"in həm ev, həm də səfər oyunları üçün yeni formaları hazırlanıb. Fanat.az xəbər verir ki, formaların üzərinə klubun yeni loqosu vurulub.
"Şəkmir" yeni forması ilə ilk dəfə "Ağsu"ya qarşı oynayacaq. Formalar məşhur ispan firması olan "Joma" tərəfindən istehsal edilib.
Oktyabr ayının 25-dən sonra klubun yeni forma və şərfləri satışa çıxaracaq. Formaları əldə etmək istəyən azarkeşlər "Şəmkir" İdman Kompleksinə yaxınlaşa bilər.

Fanat.az