"Şahdağ" - "Şəmkir": məşqçi fikirləri

"Şahdağ" - "Şəmkir": məşqçi fikirləri
Azərbaycan Kubokunun 1/16 final mərhələsində “Şahdağ”ı səfərdə 3:1 hesabı ilə məğlub edən “Şəmkir” 1/8 finala çıxan ilk komanda olub. Oyundan sonra baş məşqçilər fikirlərini bildirib:
Telman Cavadov (“Şahdağ”ın baş məşqçisi): “Şəmkir” komandasını təbrik edirəm. Düşünürəm ki, maraqlı oyun alındı. “Şəmkir” bizdən güclü oynadı və qələbə qazandı”.
Kamran Əlibabayev (“Şəmkir”in baş məşqçisi): “Kubok oyununa ciddi hazırlaşmışdıq. Sevinirəm ki, qələbə qazandıq. Qələbə münasibəti ilə komandamı və azarkeşləri təbrik edirəm. Növbəti oyunları düşünəcəyik”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər