"Şahdağ" FK: "Ciddi maliyyə problemləri var"

"Şahdağ" FK: "Ciddi maliyyə problemləri var"
"Şahdağ" klubu bəyanat yayıb. Fanat.az bəyanatı təqdim edir:
"Təssüf ilə bildirmək istəyirik ki, hazırda “Şahdağ” klubu öz tarixində ən ağır anlar yaşamaqdadı. Etiraf etməliyik ki, klubda ciddi maliyyə problemləri mövcuddu.
"Şahdağ"ın iclasında klub rəhbərliyin qərarına əsasən baş məşqçinin vəzifəsinə müvəqqəti olaraq Şərəfəddin Məmmədov təyin olunub. Bununla yanaşı, bütün yerli oyunçular vəd ediblər ki, komandanı bu çətin günlərdə tərk etməyəcəklər və son "nəfəsə" qədər komandaya ithaf olacaqlar. Daha sonra, iclasda iştirak edən veteran futbolçular Fair Əmirquliyev, Zahid Tayyibov və digərlər komandaya qayıdıb və təmanasız yardım edəcəklərini bəyan ediblər. Bu bəyanat alqışlarla qarşılanıb.
Dəyərli azerkeşlər, bizi yaşadan və bizə stimul verən sizin dəstəyinizdi. Bu arada dəstəyinizə çox ehtiyacımız var. Gücümüzü birləşdirərək Qusar futbolunu yaşadaq!
Əziz media nümayəndələri, “Şahdağ” futbol klubu həmişə mətbuata böyük hörmətlə yanaşıb və bu yoldan dönməyəcək. Bu günlərdə sizin dəstəyiniz də bizim üçün çox önəmlidi.
"Şahdağ" zəngin tarixə malik olan bir klubdu. Bu il "Şahdağ" futbol klubu 65 illiyi qeyd edir. Biz inanırıq ki, hamımız bir yerdə “Şahdağ” klubu dəstəkləyərkən komanda öz 100 illiyini qeyd edəcək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər