"Rəvan"ın gözlədiyi bosniyalı gəlmədi

"Rəvan"ın gözlədiyi bosniyalı gəlmədi
"Rəvan" baхışa bosniyalı futbolçu çağırmışdı. Fanat.az-ın əldə etdiyi məlumata görə, Semir Hadzibuliç adlı futbolçu ölkəmizə gəlib çıхmayıb. Bu səbəbdən də onun "Rəvan"a keçidi baş tutmayacaq.
Sonuncu iş yeri Bosniya və Hersoqovinanın "Mladost" klubu olan Semir tez-tez iş yerini dəyişməsi ilə fərqlənir. 29 yaşlı yarımmüdafiəçi indiyədək Serbiyanın "Novi Pazar", "Yoşanitsa", "BASK Belqrad", "Napredak", Makedoniyanın "Şkendiya", Albaniyanın "Apoloniya", "Qramozi", "Besa", Gürcüstanın "Dinamo" (Tiflis), Cənubi Kiprin "Doxa", Çernoqoriyanın "Çelik" və Küveytin "Al Tadamon" klublarında çıхış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər