"Rəvan" Tiflis klubunu darmadağın etdi

"Rəvan" Tiflis klubunu darmadağın etdi
AVRO-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən yararlanmaq məqsədi ilə Zaqatalaya toplanışa yollanan "Rəvan" bu gün Bakıya dönür. Fanat.az xəbər verir ki, paytaxt klubu dünən hazırlıq dönəmində son yoxlama oyununa çıxıb.
Tiflisdə Gürcüstanın elita təmsilçisi "Saburtalo" ilə qarşılaşan "Rəvan" rəqibini məğlub edib - 3:0. Komandanın heyətində Məmməd Quliyev, Tural Qürbətov və baxışda olan Kənan Manafov fərqlənib.
Bu matçda yoxlanışda olan Alibaba Rəhmətullayev də forma geyinib. Özbəkistan millisinin üzvü barədə yaxın günlərdə yekun qərar veriləcək.
Qeyd edək ki, "Rəvan" ilk yoxlama oyununu Zaqatalada şəhərin eyni adlı təmsilçisinə qarşı keçirmiş və görüş qolsuz bərabərliklə yekunlaşmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər