UEFA Gənclər Liqasında I mərhələnin cavab oyunları keçirilir. Fanat.az fxəbər verir ki, qitə miqyaslı turnirdə Azərbaycanın ilk təmsilçisi kimi tarixə düşən "Rəvan" Rusiyanın "Spartak" klubunu qəbul edib.
Sentyabrın 30-da Moskvada baş tutan ilk matçda adlı-sanlı rəqibinə 0:4 hesabı ilə uduzan “aslanlar” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, bunu bacarmayıb. "Dalğa Arena"da baş tutan oyun 0:0 hesabı ilə başa çatıb. Bunununla da Azərbaycan təmsilçisi debüt etdiyi turniri ilk mərhələdə tərk edib.
UEFA Gənclər Liqası
I mərhələ
Cavab oyunu
21 oktyabr
Rəvan (Bakı, Azərbaycan) - Spartak (Moskva, Rusiya) 0:0
Rəvan: 1. Aydın Bayramov, 4. Ülvi Kələşov (20. Vüsal Əliyev, 60), 6. Elşad Cəbiyev, 8. Ürfan İsmayılov (k), 11. Turan Babayev, 10. Əlibəy Məmmədli (21. Ülvi Ağayev, 90+2), 23. Əsəd Məsimov, 38. Akkoyun Zekisinan, 66. Cabir Əmirli, 88. Ceyhun Quliyev, 97. Anar Həsənov.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 98. Kazbek Qafarov.
Baş məşqçi: Zamin Əsədullayev.
Spartak: 12. İlya Suxoruçenko, 3. Artyom Sokol, 6. Şamsiddin Şanbiyev, 7. Zəlimxan Bakayev, 8. Danil Poluboyarinov, 10. Vladislav Panteleyev (k), 17. Aleksandr Lixaçev, 18. Andrey Şiqorev, 21. Oleq Krasilniçenko, 25. Artyom Mamin, 37. Georgi Melkadze (19. Artemio Lyalyuşkin, 68).
Ehtiyat oyunçular: 56. Vadim Averkiyev, 4. Nikolay Rasskazov, 9. Nazar Qordeçuk, 11. Dmitri Malikov, 23. Nikita Kiselev.
Baş məşqçi: Vladimir Besçastnıx.
Sarı vərəqələr: Əsəd Məsimov, 44. Ürfan İsmayılov, 77 - Artyom Mamin, 49. Georgi Melkadze, 51. Aleksandr Lixaçev, 60. Vladislav Panteleyev, 80.
Hakimlər: Georgi Kruaşvili, Besik Çiçinadze, Levan Todiya (Gürcüstan), Ömər Paşayev (Azərbaycan).
UEFA nümayəndəsi: Alin Cioban (Rumıniya).
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan).
Bakı. “Dalğa Arena”.
Fanat.az