"Rəvan" - "Spartak" oyunu gürcülərə əmanət

"Rəvan" - "Spartak" oyunu gürcülərə əmanət
UEFA Gənclər Liqasında keçiriləcək "Rəvan" - "Spartak" (Moskva, Rusiya) matçının hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA qarşılaşmanı gürcü hakimlərə tapşırıb.
Matçın baş hakimi Giorgi Kruaşvili olacaq. Ona Besik Çiçinadze və Levan Todria yardım edəcək. Dördüncü hakim funksiyasını isə azərbaycanlı referi Ömər Paşayev yerinə yetirəcək.
Qeyd edək ki, "Rəvan" - "Spartak" matçı oktyabrın 21-də "Dalğa Arena"da keçiriləcək və saat 19.00-da başlayacaq. Komandalar arasında ilk oyunda ruslar 4:0 hesablı qələbə qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər