"Rəvan" Moskvada 4 qolla uduzdu

"Rəvan" Moskvada 4 qolla uduzdu
"Rəvan"ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxıb. Fanat.az xəbər verir ki, U-19 liqasının qalibi Moskva "Spartak"ının qolnağı olub.
Moskvadakı "Spartak" stadionunda baş tutan oyun komandamız üçün uğursuz olub. Belə ki, "Rəvan" 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə "Şalke" (Almaniya) - "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Gənclər Liqası
I təsnifat mərhələsi 
İlk oyun
30 sentyabr
17.00 Spartak (Rusiya) - Rəvan  (Azərbaycan) 4:066 
Spartak: Suxoruçenko, Sokol, Şiqorev, Mamin, Şanbiyev, Bakayev, Poluboyarinov, Panteleyev (k), Lixaçev, Lyalyuşkin, Melkadze.
Ehtiyat oyunçular: Maksimenko, Rasskazov, Şkerbakov, Krasilniçenko, Qordeoçuk, Tsiqankov, Malikov.
Baş məşqçi: Vladimir Beşkastnix.
Rəvan: Aydın Bayramov, Akkoyun Zekisinan, Cabir Əmirli, Mirəli Məmmədzadə, Ürfan İsmayılov (k), Turan Babayev, Çingiz Hüseynov, Əziz İsmayılov, Tural Məmərzayev, Ceyhun Quliyev, Əlibəy Məmmədli.
Ehtiyat oyunçular: Adbulla Seyidəhmədov, Ülvi Kələşov, Anar Həsənov, Elşad Cəbiyev, Mirkamil Əliyev, Ülvi Ağayev, Kazbek Qafarov.
Baş məşqçi: Zamin Əsədullayev.
Hakimlər Eyko Saar, Silver Koiv, Aron Halsinq (Estoniya), Yevgeni Turbin (Rusiya).
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus).
Hakim-inspektor: Erol Ersoy (Türkiyə).
Moskva. "Spartak" stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər