"Rəvan" bəyanat yayıb. Fanat.az xəbər verir ki, Bakı klubu Kostyantin Maxnovskinin milliləşdirilməsi xəbərini təkzib edib:
"Bu gün Ukrayna və Azərbaycan mətbuatında “Rəvan” PFK-nın qapıçısı Kostyantin Maxnovskinin milliləşdirilməsi ilə bağlı xəbərlər yer alıb. “Rəvan” PFK olaraq bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir. K.Maxnovskinin agenti Aleksandr Pankov “Instagram” səhifəsində sadəcə olaraq, dostları ilə zarafat edib və “Maxnovski Azərbaycan pasportu alıb. Onu təbrik edib, Azərbaycan yığmasında uğurlar arzulayaq” yazıb. Ukraynalı jurnalistlər isə heç bir dəqiqləşdirmə aparmadan, bu cür əsasız xəbər yayıblar".
Fanat.az