Azərbaycan millisi AÇ-2016-nın seçmə mərhələsinin son matçında səfərdə 0:2 hesabı ilə Bolqarıstana məğlub olub. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında iştirak edən seçməmizin çalışdırıcısı Robert Prosineçki yenilgini şərh edib.
"Rəqibi təbrik etmək istərdim. Mənim rəhbərliyim altında ən pis oynumuzu oynadıq. Xüsusən 1-ci hissədə. Fasilədən sonra bir qədər səhvlər azaldı. Bolqarlar bizdən hər cəhətdən üstün idilər. Çalışacıq ki, səhvlərimizdən düzgün nəticə çıxaraq”.
- Maksim Medvedev birbaşa paltardəyişmə otağına getdi. Səbəb nə idi?
- Bu zədəylə bağlı idi. Onun ayağında zədə var. Hazırda həkim nəzarətindədi. Zədənin ciddi olub-olmadığı bundan sonra məlum olacaq. Başqa səbəb yoxdu.
- Cənab Prosineçki, fasilədən sonrakı oyunu 90 dəqiqəyə yaymaq üçün nə çatmadı?
- Bizim oyunumuz çox pis başladı. Futbolçularım da qələbə qazanmaq istəyirdi. Bəlkə də 3 gün bundan əvvəl İtaliya ilə ağır oyun keçirməyimiz böyük rol oynadı. 2-ci hissədə bir qədər özümüzə gəldik. Amma növbəti qolu qapımızda görəndən sonra toparlana bilmədik.
Qaynar.info