"Qızıl oyun"un baş hakiminə vəzifə verildi

"Qızıl oyun"un baş hakiminə vəzifə verildi
“Kəpəz”də daha bir təyinat rəsmiləşib. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis Məhəmməd Məmmədov uşaq futbolunun rəhbəri təyin olunub. 
30 ildi ki, bu sahədə çalışan Məmmədov həm də klubda 11 yaşlılardan ibarət komandanın baş məşqçisidi. Ölkə futboluna Azər Məmmədov kimi futbolçu bəxş etmiş mütəxəssisin əsas işi Nizami yurdunun təmsilçisində 9 yaş qrupu üzrə komandalara nəzarət etmək və ümumilikdə uşaq futbolunun inkişafına dəstək verməkdən ibarət olacaq.
1980-85-ci illərdə qapıçı kimi Gəncə klubunun şərəfini qorumuş Məhəmməd Məmmədov karyerasını bitirdikdən sonra məşqçilik etməklə yanaşı, hakimliyə də başlayıb. O, 2001-ci ildə Azərbaycan kubokunun finalını və milli çempionatda ilk “Qızıl oyun”u idarə edib. 2006-ci ildən isə Məmmədov hakim-inspektor qismində Premyerliqa və kubok oyunlarına təyinat alır.//(klubun mətbuat xidməti)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər