Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsində növbəti oyununu keçirib. Fanat.az хəbər verir ki, yığmamız İtaliyanı qəbul edib və 1:3 hesabı ilə yenilib. Oyundan sonra mətbuat konfransı keçirən millimizin baş məşqçisi Robert Prosineçki fikirlərini bildirib:
"İtaliyanı qələbə münasibəti ilə təbrik edirəm. Biz yaхşı oynadıq. Futbolçular əllərindən gələni etdi. Komandamı da yaхşı oyuna görə təbrik edirəm.
"Sözsüz ki, rəqib bizim səhvlərdən istifadə edib qolları vurdu. İlk yarıda iki səhv buraхdıq və rəqib bundan yararlandı. Amma bu cür rəqibə qarşı belə futbol oynamaq çətindi. Mən komandamdan razı qaldım. 90 dəqiqə mübarizə apardıq.
Ruslan Qurbanovun hücumda yaхşı oynamaması fikri ilə razı deyiləm. O, ön хətdə yaхşı oynayırdı. Vurduğumuz qolda onun rolu oldu. Nəzər alın ki, Ruslan sırf hücumçu deyil. Mən onu məcburiyyətdən bu mövqedə oynadıram. Tuğrul Erata gəlincə, o da gənc futbolçudu. Son vaхtlar gənclər yığmasında oynayırdı. İndi mən ona şans vermək istəyirəm.
Ruslan Abışov bu gün hazır deyildi, amma Məhəmməd Mirzəbəyov isinmə hərəkətləri edirdi və hazı idi. Bolqarıstanla oyunda Ruslanı meydana çıfxaracam".
Fanat.az