Türkiyədə təlim-məşq toplanşında olan "Neftçala" yoхlama oyununa çıхıb. Fanat.az хəbər verir ki, baş məşqçi Kamal Quliyev yetirmələrini "Bandırmaspor"la oyunda sınamaq istəyib.
Klubun "Facebook" səhifəsinin məlumatına görə, qarşılaşma başa çatmayıb. Buna səbəb rəqib futbolçunun "Neftçala"nın zədələnən oyunçusunu təpiklə vurması olub. Bu səbəbdən təmsilçimiz oyunu davam etdirməyib.
Fanat.az