I divizionda III turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda "Qaradağ" "Energetik"in qonağı olub. Lökbatan klubu səfərdə 5:0 hesablı qələbə qazanıb.
İkinci günündə daha 3 oyun keçirilib. Debütant "Şərurspor" "Göyəzən"i 5:0 hesabı ilə yenib. Oyunda bütün qollara "Bavariya" - "Volfsburq" (5:1) oyununda Robert Levandovski kimi Rəhman Musayev imza atıb. Günün digər oyununda "Şəmkir" "Şahdağ"ı 2:1 hesabı ilə yenib, "Mil-Muğan"la "Zaqatala" "sülh" bağlayıb - 0:0.
Turun qalan 3 oyunu bu gün baş tutub. İlk iki turda "Energetik"i 12:0, "Bakı"nı 2:0 hesabı ilə yenən "Neftçala" yenə darmadağına sevinib. Son çempion bu dəfə "Bakılı"nı 5:1 hesabı ilə yenib. "Bakı" MOİK-ə qalib gəlib - 1:0. "Ağsu" - "Turan Tovuz" qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.
I divizion
2015/16 mövsümü
I dövrə, III tur
23 sentyabr
Energetik - Qaradağ Lökbatan 0:5
Qollar: Elgiz Kərəmli, 8. Cavid Muxtarzadə, 10-pen. Aslan Hüseynov, 14. Əliqulu Mənəfov, 17. Sabir Allahquliyev, 55.
24 sentyabr
Göyəzən - Şərurspor 0:5
Qollar: Rəhman Musayev, 18; 43; 45; 64; 88.
Mil-Muğa - Zaqatala 0:0
Şahdağ - Şəmkir 1:2
Qollar: İqrar Səmədov, 56 - Bəhruz Teymurov, 81-pen. Sərxan Ağayev, 88.
25 sentyabr
Bakılı - Neftçala 1:5
Qollar: Ülvi Quliyev, 71-pen - Fərmayıl Əliyev, 35; 61. Anar Babayev, 68. David Canelidze, 87; 89.
Ağsu - Turan Tovuz 0:0
Bakı - MOİK 1:0
Qol: Omar Akmurzayev, 3.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçala | 3 | 3 | 0 | 0 | 19:1 | 9 | |
| 2 | Şəmkir | 3 | 3 | 0 | 0 | 7:1 | 9 | |
| 3 | Qaradağ L | 3 | 2 | 1 | 0 | 7:1 | 7 | |
| 4 | Bakı | 3 | 2 | 0 | 1 | 3:3 | 6 | |
| 5 | Ağsu | 2 | 1 | 1 | 0 | 2:0 | 4 | |
| 6 | Turan T | 3 | 1 | 1 | 1 | 3:3 | 4 | |
| 7 | Şərurspor | 3 | 1 | 1 | 1 | 7:3 | 4 | |
| 8 | Göyəzən | 3 | 1 | 0 | 2 | 3:8 | 3 | |
| 9 | Mil-Muğan | 3 | 0 | 3 | 0 | 2:2 | 3 | |
| 10 | Bakılı | 3 | 1 | 0 | 2 | 8:10 | 3 | |
| 11 | Şahdağ | 3 | 0 | 1 | 2 | 2:4 | 1 | |
| 12 | MOİK | 3 | 0 | 1 | 2 | 1:4 | 1 | |
| 13 | Zaqatala | 2 | 0 | 1 | 1 | 0:2 | 1 | |
| 14 | Energetik | 3 | 0 | 0 | 3 | 2:24 | 0 | |
| Bombardirlər | David Canelidze (Neftçala) - 8. Rəhman Musayev (Şərurspor) - 6. Fərmayıl Əliyev (Neftçala) - 5. Ülvi Quliyev (Bakılı) - 4. İlham Allahverdiyev (Şəmkir) - 3. | |||||||
Fanat.az