"Limitə görə dəyişiklik edə bilmirəm" - Qurban Qurbanov

"Limitə görə dəyişiklik edə bilmirəm" - Qurban Qurbanov

Qurban Qurbanov "Neftçi" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi oyundan sonra bunları deyib:

"Hər birinizi salamlayıram. Yeni stadionumuzda sizi gördüyüm üçün şadam. Yeni stadionumuzda ilk oyunumuz idi. Ola bilər ki, bir qədər həyəcanlı görünürdük.

"Neftçi"yə təşəkkür edirəm. Onlara təbrik düşür. Öz oyunumuza gəldikdə, ehtimal ki, bəzi oyunçularımız matça tam hazır deyildilər. Bunun fonunda nəticədən razıyam. Biz Gəncədə şahid olduq ki, çempionatda asan oyun yoxdu. Odu ki, matçlarda qazanılan hər bir xalın qədrini bilməliyik. 

Düşünürəm ki, "Anderlext"lə oyuna hazırlaşmaq üçün vaxtımız var. İbrahim Şehiçin səhvinə normal yanaşmaq, onun üstünə çox getmək lazım deyil. Çünki dünyanın 1 nömrəli qapıçıları da belə səhvlər edirlər. Bəzən olur ki, hücumçu 1 metrdən qol vura bilmir, bəzən də qapıçı belə asanlar buraxır. Məncə, Şehiç öz üzərində çalışan qapıçıdı. Gələcək oyunlarda daha diqqətli davranacağına ümidvaram. 

Hər bir ölkədə limitlə bağlı dəyişiklik var. Hər uğursuz oyundan sonra legionerlərin azlığını qabartmaq olmaz. Mən əlimdə olan hər bir oyunçuya güvənirəm. Bəli, bəzən limitə görə orta sahədə tam istədiyim dəyişikliyi edə bilmirəm. Sadəcə onu deyim ki, hazır olan futbolçunu meydançaya buraxıram.

Yadınızda olar, mən keçən il də hakimlərə müraciət etmişdim ki, penalti varsa da, təyin etməyin. Bu cür qərarlar sonradan çox müzakirə olunur. Hakimin qərarına etiraz edə bilmərəm. Nəticəyə təsir edən səhv qərarların verilməsinin də əleyhinəyəm. Bir çox hallarda bizim də qapıya səhv penaltilər təyin olunub". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər