"Komandadan getməyim düz çıxmaz" - Yunis Hüseynov

"Komandadan getməyim düz çıxmaz" - Yunis Hüseynov

Yunis Hüseynov "Kəpəz"lə oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi bunları deyib:

“Biz Gəncə səfərində xal qazanmaq istəyirdik. AZAL ilə oyundan sonra uğurlu seriya hədəfləmişdik. İlk hissədə komandamın oyunundan razı qalmadım. Rəqib azarkeşlərinin çoxluğu, ola bilər ki, futbolçularıma mənfi təsir göstərdi. İkinci hissədə isə pis təsir bağışlamadıq. Təhlükəli epizodlar yaratsaq da, bunlar qol vurmaq üçün kifayət etmədi. Zədəli oyunçularla bağlı problemlərimiz var. Tounkara və Orxan sıraya yeni qayıdıblar. Hazırda isə həkimlər futbolçuların zədəsi ilə məşğuldular. Komandadan getməyim düz çıxmaz. Dekabra kimi çalışmaılıyıq ki, liderlərdən geri qalmayaq. Qarşıda bizi çətin oyunlar gözləyir. “Sumqayıt”la bir neçə gün sonra keçiriləcək oyunda qələbə qazanmaq niyyətindəyik. Mən Azərbaycanı bölgələrə bölmürəm. Azərbaycan mənim vətənimdi, bu ölkənin hər bir yeri mənim üçün doğmadı. Fərq qoymuram”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər