“İnyesta tam hazır olmayana qədər oynamayacaq. Biz risk edə bilmərik”. Fanat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enriki keçirdiyi mətbuat konfransında deyib.
O, "Eybar"la oyunda qırmızı vərəqə alaraq 4 oyunluq cəzalanacağı ehtimalı edilən Maskeranoyla bağlı fikirlərini də ifadə edib: “Maskeranonun cəzası nə olursa-olsun, qəbul etməliyik. Komandanın oyunun tənqid edilməsinə gəlincə, hər kəsin fikrinə hörmət edirik”.
Baş məşqçi “Barselona”nın başqa oyunçularıyla da bağlı fikirlərini jurnalistlərə bölüşüb: “Messinin bərpası Martino və mənim üçün çox vacibdi, çünki Argentina və “Barselona” üçün çox əhəmiyyətli olan bir oyunçu yüz faizlik bərpa olunur. Pike fiziki baxımdan hər zaman oyunlara hazır olur. Buna görə də oyunlarda iştirak edir. B komandasından 4 oyunçu çağırmışam, onlardan istifadə edəcəm, komandada bir neçə oyunçunun istirahətə ehtiyacı var idi. Kaptoun böyük keyfiyyətlərə sahib oyunu ilə seçilən və maraqlı oyunçudur. Biz istər müsbət, istərsə də mənfi vəziyyətləri müzakirə edirik, hər vəziyyətin öhdəsindən gəlmək üçün imkanımız var. Bunun üçün çalışırıq".
Fanat.az