"Heç bir məşqçi Prosineçki qədər bizə inanmayıb"

"Heç bir məşqçi Prosineçki qədər bizə inanmayıb"

Milli komandamızın kapitanı Rəşad Sadıqov UEFA-nın rəsmi saytına açıqlama verib. Fanat.az xəbər verir ki, kapitan baş məşqçi Robert Prosineçki qədər yığmanın heç bir baş məşqçisinin onlara inanmadığını bildirib: 

"Prosineçki bizim yaxşı oynayacağımıza və uğurlu nəticə qazanacağımıza inanır. Bu, psixoloji cəhətdən çox önəmlidi. Prosineçki Norveçlə səfər oyunundan (0:0) öncə bizə minimum bir xal qazanacağımızı dedi və yanılmadı. Yığmadakı karyeram ərzində heç bir məşqçi bizə onun qədər inanmayıb". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər