"Foqtsla müqayisə olunmaq istəmirəm" - Robert Prosineçki

"Foqtsla müqayisə olunmaq istəmirəm" - Robert Prosineçki
Milli komandamız sabah AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyanı qəbul edəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Robert Prosineçki bu gün mətbuat konfransı keçirərək matçla bağlı fikirlərini bildirib: 
"Artıq 5 gündü bir yerdə hazırlıq keçirik. Məşqlərdən razıyam. Çətin oyuna çıхacağıq. Futbolçuların durumu məni razı salır. Komandada özünə inam var. 
Bizə yaхşı oyun və nəticə lazımdı. Futbolçularla bu barədə danışmışam. Əlimizdən gələni edəcəyik ki, İtaliya yaхşı oyun göstərə bilməsin.
Start heyətini tam qurmamışam. Çünki iki futbolçumuz məşq prosesində kiçik zədə alıb. Hansı futbolçuların zədələndiyini demək istəmirəm. Çünki italiyalı jurnalistlər də burdadı. Hər şey yaхşı olsa, Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Eddi İsrafilov, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov və Ruslan Qurbanov ilk dəqiqələrdən meydanda olacaq".
"Berti Foqtsla öz çalışdırdığınız yığma arasında nə kimi fərq görürsüz" sualına Prosineçki belə cavab verib: "Mən keçmişi ətraflı yada salmaq və müqayisə etmək istəmirəm. Deyə bilərəm ki, qısa zamanda Azərbaycan yığması özünə inanmağa başladı və gözəl oyun göstərdi. Biz 4 oyundu uduzmuruq. Səfərdə Norveçlə, Bakıda Xorvatiya yığması ilə heç-heçə oynadıq. Hər məşqçinin öz fəlsəfəsi var. 9 aydı Azərbaycandayam. Oyunçular məni başa düşürlər və tələb etdiyi futbolu oynayırlar. Məndə olan məlumata görə, bu günə kimi 40 min bilet satılıb. İnanıram ki, sabahkı matçda da komandam öz bacarığını göstərəcək. Mən həmişə demişəm ki, Azərbaycanda güclü futbolçular var. Bunun nəticəsini də görürük".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər