I divizionda II turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
İlk turda "Energetik"i 12:0 hesabı ilə yenən "Neftçala" bu mövsüm I divizionda çıхış edən "Bakı"nı qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Şəmkir" eyni hesabla ilk oyununu keçirən "Zaqatala"nı, "Ağsu" MOİK-i yenib. "Turan Tovuz" isə "Göyəzən"ə qalib gəlib - 3:0.
Turun qalan oyunu bu gün baş tutub. İlk turda 0:12 hesabı ilə yenilən "Energetik" bu dəfə də böyük hesabla uduzub. Mingəçevir klubu bu gün səfərdə "Bakılı"ya yenilib - 2:7. "Qaradağ Lökbatan" "Şahdağ"ı 1:0 hesabı ilə udub. "Şərurspor" - "Mil-Muğan" matçı isə 1:1 hesabı ilə yekunlaşıb.
I divizion
2015/16 mövsümü
I dövrə, II tur
17 sentyabr
MOİK - Ağsu 0:2
Qollar: Adil Tağıyev, 34. Əli Bağırov, 40.
Zaqatala - Şəmkir 0:2
Qollar: Bəhruz Teymurov, 41. İlham Allahverdiyev, 51.
Neftçala - Bakı 2:0
Qollar: David Canelidze, 16; 88.
Turan Tovuz - Göyəzən 3:0
Qollar: Ömər Mahmudzadə, 24; 48. Azər Məmmədov, 49.
18 sentyabr
Bakılı - Energetik 7:2
Qollar: Nicat Tağıyev, 12-pen; 17. Ülvi Quliyev, 23; 70-pen; 90+2. Ramil Hüseynzadə, 59-pen; 75 - Samir Əliyev, 8. Ruslan Voronsov, 76.
Qaradağ Lökbatan - Şahdağ 1:0
Qol: Cavid Muxtarzadə, 56.
Şərurspor - Mil-Muğan 1:1
Qollar: Amil Həsənov, 60 - Elxan Məmmədov, 14.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçala | 2 | 2 | 0 | 0 | 14:0 | 6 | |
| 2 | Şəmkir | 2 | 2 | 0 | 0 | 5:0 | 6 | |
| 3 | Qaradağ L | 2 | 1 | 1 | 0 | 2:1 | 4 | |
| 4 | Bakılı | 2 | 1 | 0 | 1 | 7:5 | 3 | |
| 5 | Ağsu | 1 | 1 | 0 | 0 | 2:0 | 3 | |
| 6 | Turan T | 2 | 1 | 0 | 1 | 3:3 | 3 | |
| 7 | Göyəzən | 2 | 1 | 0 | 1 | 3:3 | 3 | |
| 8 | Bakı | 2 | 1 | 0 | 1 | 2:3 | 3 | |
| 9 | Mil-Muğan | 2 | 0 | 2 | 0 | 2:2 | 2 | |
| 10 | Şərurspor | 2 | 0 | 1 | 1 | 2:3 | 1 | |
| 11 | Şahdağ | 2 | 0 | 1 | 1 | 1:2 | 1 | |
| 12 | MOİK | 2 | 0 | 1 | 1 | 1:3 | 1 | |
| 13 | Zaqatala | 1 | 0 | 0 | 1 | 0:2 | 0 | |
| 14 | Energetik | 2 | 0 | 0 | 2 | 2:19 | 0 | |
| Bombardirlər | David Canelidze (Neftçala) - 6. Fərmayıl Əliyev (Neftçala), İlham Allahverdiyev (Şəmkir), Ülvi Quliyev (Bakılı) - 3. | |||||||
Fanat.az