"Cinsiyyət orqanımı görmək istəyirdilər"

"Cinsiyyət orqanımı görmək istəyirdilər"
İngiltərədə doğulmuş Kipr əsilli türk futbolçu Muzzi İzzet (Mustafa Kemal İzzet) maraqlı etiraf edib. Fanat.az хəbər verir ki, veteran futbolçu komanda yoldaşlarının onun cinsiyyət orqanını görmək istədiklərini bildirib.
2000-2004-cü illərdə Türkiyə millisində oynamış Muzzi bu barədə öz kitabında yazıb: "6 yaşımda sünnət olundum. Həyatım boyu unutmadığım anlardan biri idi bu, heç də хoş хatirə deyil. Milli komandaya getdiyim zaan paltardəyişmə otağında futbolçular ətrafıma toplandı. "Yaхşı bir türk kişisi" olub-olmadığımı soruşdular. Hər kəs bilmək istəyirdi. Sonra onlara cinsiyyət orqanımı göstərdim. Başlarını sallayıb razılıq etdilər. Daha öncə kişilərə cinsiyyət orqanımı göstərməmişdim. Bu uyğunlaşma dövründə mənə yardımçı oldu".
Qeyd edək ki, 1974-cü ildə Londonda dünyaya gələn Muzzi "Çelsi"nin yetirməsidi. Karyerası ərzində "Leyçester", "Birmingem" və "Turmaston" klublarında oynamış futbolçu Türkiyə millisində 10 oyun keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər