Topaz Premyer Liqasının yayım hüququna sahib olan "CBC-Sport" daha bir yeniliyə imza atıb. Fanat.az хəbər verir ki, telekanala qadın şərhçi cəlb olunub.
Belə ki, Səmra Əliyeva "CBC-Sport"da işə başlayıb. O, ötən gün baş tutan "Neftçi" - "Xəzər Lənkəran" oyununda iş başında olub.
Qeyd edək ki, Səmra Əliyeva bundan əvvəl "Anten" radiosunda fəaliyyət göstərib.


Fanat.az