"CBC Sport"da problem: canlı yayım alınmadı

"CBC Sport"da problem: canlı yayım alınmadı

"CBC Sport"da texniki problemlər yaranıb. Fanat.az xəbər verir ki, bu barədə kanalın "Facebook" səhifəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu səbəbdən İtaliya və Hollandiya çempionatlarının yayımında problem yaranıb: "Diqqətinizə çatdırırıq ki, televiziya qülləsində yaranmış texniki problemlə əlaqədar olaraq yaxın turlardan İtaliya və Hollandiya çempionatlarını yayımlayacağımızla bağlı vədimizi yerinə yetirə bilmirik. Bizim texniki heyət hazırda problemi aradan qaldırmaqda teleqüllədəki həmkarlarına kömək etməyə çalışır. Bununla belə, üzrxahlığımızı bildirir, vəziyyətimizi anlayaraq cəmi bir neçə gündü fəaliyyət göstərdiyimizi və yalnız test yayımında olduğumuzu nəzərə almağınızı xahiş edirik. Bizi anlayışla qarşıladığınıza görə təşəkkür edirik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər