AZAL-ın moldoval qapıçısı Stanislav Namaşko komandadakı işləri ilə bağlı Moldova mətbuatına açıqlama verib. Fanat.az xəbər verir ki, qolkiper bunları deyib:
"Komandadakı işlərim normaldı. Artıq Azərbaycan futboluna və ölkəyə alışmışam. Daimi oyun təcrübəm var. AZAL-da 20-dən çox oyun keçirmişəm. Hazırda komandamızın Avropa Liqasına vəsiqə qazanmaq şansı qalmayıb. Ona görə də əsas hədəfimiz qarşıdakı oyunlarda layiqli çıxış etməkdən ibarətdi".
Fanat.az