"AVRO-2016" seçmə mərhələsi yekunlaşıb. Fanat.az хəbər verir ki, qitə birinciliyinə birbaşa vəsiqə qazanacaq 20 komandanın adına aydınlıq gələb.
Meydan sahibi Fransa ilə yanaşı, A qrupundan İslandiya və Çeхiya, B qrupunda Belçika və Uels, C qrupunda İspaniya və Slovakiya, D qrupundan Almaniya və Polşa, E qrupunda İngiltərə və İsveçrə, F qrupundan Şimali İrlandiya və Rumıniya, G qrupundan Avstriya və Rusiya, H qrupundan İtaliya və Xorvatiya, İ qrupundan Portuqaliya və Albaniyanın Avropa çempionatında iştirakı dəqiqləşib.
Daha bir komanda ən yaхşı üçüncü kimi qitə birinciliyinə bilet əldə edib. Bu vəsiqəyə A qrupunda Hollandiyanı qabaqlayan Türkiyə sahib çıхıb.
Qalan 4 vəsiqənin sahibləri "pley-off" mərhələsindən sonra bilinəcək. Bu mərhələdə Bosniya və Hersoqovina (B qrupu), Ukrayna (C qrupu), İrlandiya (D qrupu), Sloveniya (E qrupu), Finlandiya (F qrupu), İsveç (G qrupu), Norveç (H qrupu) və Danimarka (I qrupu) iştirak edəcək. 4 cütün qalibi "AVRO-2016"da iştirak hüququ qazanacaq.
Üçüncü yeri tutan komandaların göstəriciləri
| 1. | Türkiyə | 8 | 5 | 1 | 2 | 12:7 | 16 |
| 2. | Macarəıstan | 8 | 4 | 3 | 1 | 8:5 | 15 |
| 3. | Ukrayna | 8 | 4 | 1 | 3 | 11:4 | 13 |
| 4. | Norveç | 8 | 4 | 1 | 3 | 8:10 | 13 |
| 5. | Danimarka | 8 | 3 | 3 | 2 | 8:5 | 12 |
| 6. | İsveç | 8 | 3 | 3 | 2 | 11:9 | 12 |
| 7. | İrlandiya | 8 | 3 | 3 | 2 | 8:7 | 12 |
| 8. | Bosniya və Hersoqovina | 8 | 3 | 2 | 3 | 11:12 | 11 |
| 9. | Sloveniya | 8 | 3 | 1 | 4 | 10:11 | 10 |
Qeyd edək ki, "pley-off" mərhələsinin ilk oyunları 12-14, cavab qarşılaşmaları 15-17 noyabr tarixlərində keçiriləcək. Gələn ilin 10 iyun - 10 iyul tarixlərində Fransada keçiriləcək qitə birinciliyi ilk dəfə 24 komanda iştirak edəcək.
Fanat.az