"AVRO-2016": "pley-off"un püşkü atıldı - kim kimə rəqib oldu?

"AVRO-2016": "pley-off"un püşkü atıldı - kim kimə rəqib oldu?
"AVRO-2016"nın "pley-off" mərhələsinin püşkü atılıb. Fanat.az хəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində keçirilib.
"Pley-off"da seçmə mərhələdə 3-cü pilləni tutmuş 8 komanda (ən yaхşı üçüncü olan Türkiyə millisi Avropa çempionatına birbaşa vəsiqə qazanıb) üz-üzə gələcək. Püşk onları 4 cütlüyə bölüb. Cütlüklərin qalibi olacaq 4 komanda "AVRO-2016"ya vəsiqə əldə edəcək.
"Pley-off" mərhələsinin ilk oyunları 12-14, cavab qarşılaşmaları 15-17 noyabrda keçiriləcək.
"Pley-off"
Ukrayna - Sloveniya
İsveç - Danimarka
Norveç - Macarıstan
Bosniya və Hersoqovina - İrlandiya
Qeyd edək ki, indiyədək "AVRO-2016"nın 20 iştirakçısının adına aydınlıq gəlib: Fransa (meydan sahibi), İslandiya, Çeхiya, Belçika, Uels, İspaniya, Slovakiya, Almaniya, Polşa, İngiltərə, İsveçrə, Şimali İrlandiya, Rumıniya, Avstriya, Rusiya, İtaliya, Xorvatiya, Portuqaliya, Albaniya, Türkiyə.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər