"Almeriya" İsrafilov üçün 1.15 milyon təklif etdi

"Almeriya" İsrafilov üçün 1.15 milyon təklif etdi
İspaniyanın "Almeriya" klubu Azərbaycan yığmasının və "Mursiya"nın yarımmüdafiəçisi Eddi İsrafilovu heyətinə qatmaq üçün danışıqlara başlayıb. Fanat.az xəbər verir ki, bu transferlə "Almeriya"nın baş direktoru Xose Xuan Bonilya məşğul olur.
Sözügedən komanda bunun üçün 1.150.000 avrosundan keçməyə də hazırdı. Danışıqların necə yekunlaşacağı tezliklə məlum olacaq.
Qeyd edək ki, Eddi ilə İspaniyanın daha bir komandası - "Eybar" və İngiltərə "Vest Bromviç"i də yaxından maraqlanır.//azerisport.az 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər